Pambıq yığımı başlayır. Gələn həftədən yığıma start veriləcək, gözləntilər böyükdür - VİDEO

Pambıq yığımı başlayır. Gələn həftədən yığıma start veriləcək, gözləntilər böyükdür - VİDEO

Azərbaycanda gələn həftədən pambıq yığımına start veriləcək. Artıq yığım mövsümünə hazırlıq işlərinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il pambıqçılıqda məhsul artımı gözlənilir. Hökumətin pambıqçılığın inkişafı istiqamətində apardığı stimullaşdırıcı siyasət də bu gözləntiyə əsas verir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda pambıqçılıq sahəsində rekord qeydə alınıb. Ötən il tarlalardan 336,5 min ton pambıq yığılıb ki, bu da 14 faizlik artım deməkdir. Ölkədə pambıq istehsalı 2015-ci il böhranından sonra qeyri-neft sektorunun prioritet inkişaf istiqamətlərindən biri elan olunub. Nəticədə, 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona çatdırılıb.

Digər xəbərlər
Bu gün
Dünən