Millimiz mundiala hazırlaşır - VİDEO

Millimiz mundiala hazırlaşır - VİDEO
Güləşçilərimiz dünya çempionatında iştirak edəcəklər

Oktyabrın 2-də Norveçdə güləş üzrə dünya çempionatı start götürəcək.

Paytaxt Osloda reallaşacaq yarışda yunan-Roma, sərbəst və qadın güləşçilərimiz də mübarizə aparacaqlar. Milli komandalarımız mundiala hazırlıqlarını davam etdirirlər.

Sərbəst güləş üzrə millimiz baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışı keçir. Seçməmiz Osloya sentyabrın 30-da yollanacaq. Oktyabrın 2-də başlayacaq sərbəst güləş üzrə yarış ayın 5-də yekunlaşacaq.

Qadınlardan ibarət komandamız munadilda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iştirak edəcək. Zəriflərimiz Olimpiya Güləş Mərkəzində həftədə 6 dəfə olmaqla məşqə çıxırlar. Proqrama əsasən, həftənin 3 günü gündəlik 2 məşq, digər 3 günündə isə 1 məşq reallaşır. Qadınlarımız oktyabrın 2-də Norveçə gedəcəklər. Zəriflərin mübarizəsi okrtabrın 4-7-i aralığında reallaşacaq.

Yunan-Roma güləşi üzrə millimiz isə baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında bir araya gəlib. Hazırlıq prosesi oktyabrın 4-dək davam edəcək. Növbəti gün millimiz Osloya yollanacaq. Klassiklərin yarışı oktyabrın 7-də start götürəcək. Dünya çempionatına ayın 10-da yekun vurulacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən