Sumqayıt Olimpiya Kompleksində vəziyyət - VİDEO, YENİLƏNİB

Sumqayıt Olimpiya Kompleksində vəziyyət - VİDEO, YENİLƏNİB
Kompleksin imkanlarından ay ərzində 1000-ə yaxın sakin yararlanır

Ay ərzində Sumqayıt Olimpiya İdman kompleksində ümumilikdə 1000-ə yaxın uşaq,yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşqlərə cəlb olunublar.

Məşqlər isə peşəkar mütəxəsislər tərəfindən keçirilir. Burada 20-ə yaxın idman növü var. Onlardan 9-u olimpiya ,7-si isə qeyri olimpiya növüdür. Uşaq və yeniyetmələrin həvəzlə məşğul oduqları futbol üzrə məşqlər bir neçə yaş qrupuu üzrə aparılır.

Kiçik yaşda uşaqların cəlb olunduğu karate isə Sumqayıtda kifayət qədər məşhurdur. Məşqçi Namiq Pirverdiyev deyir ki, valideynlər son övladlarının karateyə yönləndirilməsinə çox maraq göztərir.

Kompleksdə üzgüçülük idman növünə də kifayət qədər maraq var.

Daha bir sevindirici məqam isə ondan ibarətdir ki, kompleksdə qazilər və şəhidlərin ailə üzvlərinin cəlb olunması, onların kompleksin imkanlardan yararlanması üçün təbliğat işləri görülür. Vətən müharibəsi qazisi Sənan Əliyev isə Sumqayıt Olimpiya İdman Kompleksində işlə təmin olunub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər