“Crew Dragon” hədəfə çatdı

“Crew Dragon” hədəfə çatdı
Mülki şəxslərin olduğu kosmik gəmi Atlantik okeanına enib

İlk dəfə heyət üzvü mülki şəxslərdən ibarət olan “Crew Dragon” kosmik gəmisi ABŞ-ın Florida ştatının sahillərində Atlantik okeanına enib.

Kommersiya məqsədli “Inspiration4” missiyası çərçivəsində kosmosa göndərilən gəmi yerli vaxtla təxminən saat 19:00-da atmosferə daxil olub, bir neçə dəqiqədən sonra əsas paraşütləri açılıb.

Kosmik gəmi yerətrafı orbitdə təxminən üç gün qalıb. Bu müddət ərzində ekipaj üzvləri bir sıra elmi araşdırmalar aparıblar. Təcrübələr əsasən çəkisizliyin insan orqanizminə təsiri ilə bağlı olub.

Uçuş zamanı kosmik gəmi Beynəlxalq Kosmik Stansiyanın orbitindən də yüksək olan 590 km yüksəkliyə çatıb.

“SpaceX” qeyd edir ki, insanların olduğu kosmik gəmi sonuncu dəfə bu qədər yüksək orbitə 2009-cu ildə qalxıb.

Həmin vaxt “Atlantis” gəmisinin ekipajı “Hubble” kosmik teleskopuna xidmət məqsədilə orbiti 578 km-ə çatan yüksəkliyə qalxmışdılar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən