Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyevanın “PROFİL”i (VİDEO)

Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyevanın “PROFİL”i (VİDEO)

REAL TV-də Xan Şuşinskinin qızı və eləcə də Xan Şuşinskinin adını daşıyan fondun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyevanın "Profil"idir.

-Hər vaxtınız xeyir olsun.

-Hər vaxtınız xeyir olsun

-Çox əlamətdar bir ildə görüşürük. Yəni "Profil"də ilk görüşümüz elə bax bu ilə təsadüf edir.

-Yəni əslində elə bu verilişə Xan Şuşinskinin "Profil"i də demək olar. 

-Bəli.

-Necə xatırlayırsız atanızı, uşaqlığınızı, o illərin Şuşasını?

-Əvvəla sizə təşəkkür edirəm ki, məni dəvət etmisiniz bu gözəl verilişə. Bu verilişə biz bütün ailəliklə sevə-sevə baxırıq. Həmçinin mənim sevincimin həddi-hüdudu yoxdur. Sanki bir balaca uşağa dönmüşəm. Doğma vətənimiz, doğma Qarabağımız, Qarabağımızın zümrüd tacı Şuşa şəhərimiz işğaldan azad olunub. Cənab prezidentimizin səyi, cəsarəti nəticəsində, qəhrəman igidlərimizin qanı, canı bahasına doğma torpaqlarımız işğaldan azad olunub. Şuşa mənim üçün çox əzizdir. Çox doğmadır. Demək olar ki, bütün atalı-analı xoşbəxt günlərim Şuşada keçib. Uşaqlıq illərim Şuşada keçib. 1960-cı ildə atam Şuşada Üzeyir Bəy Hacıbəyovun ev muzeyinin yanındakı evi satın almışdı. Hər yay biz tətil vaxtı may ayının sonundan sentyabr aıyının əvvəlinə kimi Şuşaya gedərdik. Və bizim ora gedib çatmağımızla Bakıdan qonaqlarımız gələrdi. Şuşa o qədər gözəl şəhərdir ki, Allah görməyənlərə də qismət eləsin. Uca zirvədə duran bir şəhərdir. O qədər gözəl təbiəti var ki, yaşıl yamacları, büllur bulaqları, şəfalı suları, o təbiəti, gözəlliyi mən sözlə ifadə edə bilmirəm..

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən