Elmin zirvəsini fəth edən şəxsiyyət - VİDEO

Elmin zirvəsini fəth edən şəxsiyyət - VİDEO
Şərqsünas-alim Aida İmanquliyevanın xatirə günüdür

Görkəmli şərqşünas-alim, istedadlı pedaqoq, incə qəlbə malik insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana... Qısa, lakin mənalı ömür sürmüş Aida İmanquliyeva yaddaşlarda belə qalıb.

Bu gün ölkə jurnalistikasının patriarxlarından biri Nəsir İmanquliyevin,Gövhər Sultanzadənin ailəsində böyüyən, sonradan alim, yazıçı Mircəlal Paşayevin ailəsinə gəlin köçən, tək azərbaycan deyil, dünya şərqşünaslığı tarixində xüsusi yeri olan çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, yol açmış alimin xatirə günüdür.

Qısa, lakin dolğun, mənalı, şərəfli ömür yolu keçdi. Fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü ilə elm zirvəsini fəth etməyi bacardı.

Zəhməti, qabiliyyəti sayəsində pillə-pillə irəlilədi. Azərbaycan tarixinə ilk qadın ərəbşünas alim adı ilə düşdü.

Elmi-fəlsəfi düşüncələri, hadisələrə orijinal baxışı, onlara yeni məzmun və xarakter verməsi, elmi tələbkarlığı və bir o qədər də qayğıkeşliyi onun ziyali portretinin cizgiləridir.

Elmi və pedaqoji fəaliyyəti, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı, sadəliyi ilə nümunə olan Aida İmanquliyeva həm də əsl azərbaycanli qadın kimi ailəsinə bağlı olub.

Mənim anam ağlasığmaz dərəcədə gözəl qadın olub. O, istənilən yerə daxil olan zaman hamı qeyri - ixtiyari dönüb ona baxardı. O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Anam Azərbaycanda ilk qadın - professor, şərqşünasl;q üzrə elmlər namizəd idi. Görünür, o, məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb.

Bu fikirlər isə qızı ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın anası haqda xatirələridir. Əgər uca tanrı keçmişdə nəyisə dəyişdirməyə imkan versəydi mənə ən əziz insan olan anamın bu dünyadan gedişini dəyişərdim.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər