Bakıda beynəlxalq turnir keçirilir - VİDEO

Bakıda beynəlxalq turnir keçirilir - VİDEO
Yarışda bu dəfə 17 ölkənin 18 yaşlı tennisçiləri mübarizə aparıblar

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə milli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilir. Hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin 18 yaşlı idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya kimi bir sıra ölkələrin təmsilçiləri çıxış ediblər. Yarışda ümumilikdə 28 oğlan və 24 qız mübarizə aparıblar. Təmsilçimiz Tamerlan Əzizov inamlı oyunu ilə diqqət çəkib. O, finalda rusiyalı Qriqori Şebekinə qalib gələrək baş mükafata yiyələnib.

Qeyd edək ki, qarşıdakı günlərdə digər yaş qrupları üzrə yarışlar keçiriləcək. Turnirə okyabrda yekun vurulacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən