Rusiyada parlament seçkiləri başa çatır

Rusiyada parlament seçkiləri başa çatır
Dövlət Dumasına seçkilərdə 14 siyasi partiya iştirak edir

Bu gün Rusiya Dövlət Dumasına seçkilərin sonuncu günüdür.

REAL xəbər verir ki, seçki məntəqələri Moskva vaxtı ilə saat 08:00-dan 20:00-a kimi açıq olacaq.

Sentyabrın 17-dən başlayan səsvermə ilə vətəndaşlar Dövlət Dumasına VIII çağırış deputatlarını və yerli idarəetmə orqanlarının rəhbərlərini seçirlər.

Rusiya parlamentinin aşağı palatasına 450 deputat 5 il müddətinə seçiləcək

Seçkilərdə 14 siyasi partiya iştirak edir, ümumilikdə isə parlament seçkilərində 3812 namizəd qeydə alınıb.

Budəfəki seçkilərin yeniliklərindən biri də onlayn səs vermək imkanıdır. Moskvada seçicilərin bir qismi artıq həm onlayn, həm də əyani şəkildə səs verib.

Qeyd edək ki, Azərbaycandakı Rusiya vətəndaşlarının səsvermədə iştirakı üçün Rusiya səfirliyinin konsulluq bölməsində seçki məntəqəsi fəaliyyət göstərir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər