“Doing Business” ətrafında spekulyasiya - VİDEO

“Doing Business” ətrafında spekulyasiya - VİDEO
Millət vəkili: Hesabat öz əməkdaşlarının əməllərinə görə dayandırılıb

Dünya Bankı özünün “Doing Business” hesabatının nəşrini dayandırması ilə bağlı ətrafda spekulyasiyalar müşahidə olunmaqdadır. Bu spekulyasiyalardan biri də guya Azərbaycan da daxil olmaqla 4 ölkənin, Çin, Səudiyyə Ərəbstanı və Birləşmiş Ərəb Əmirıiklərinin göstəricilərində saxtakarlıq müşahidə olunub.

Məsələyə səssiz qalmayan millət vəkili Kamal Cəfərov REAL-a açıqlamasında bildirid ki, əslində səbəb bu deyil. Dünya Bankı yüksək səviyyəli əməkdaşlarının əməllərinə görə bu hesabatdan imtina edib.

Millət vəkili bildirdi ki, xaricdən maliyyələşən, düşmən dəyirmanına su tökən bəzi şəxslər məlumatları Azərbaycan cəmiyyətinə su tökməklə yanlışlığa yol verirlər.

Müxtəlif ölkələrdə biznesin vəziyyəti və şərtləri ilə bağlı məluamatlara yer verən DOİNG BUSİNESS hesabatının dayandırılmasına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da münadibət bildirdi.

Azərbaycanın göstəricilərinin qurumun bəzi ekspertləri tərəfindən süni qaydada azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən