Azərbaycan-Rus mədəniyyətinin vəhdəti - VİDEO

Azərbaycan-Rus mədəniyyətinin vəhdəti - VİDEO
Moskvada “Azərbaycan” pavilyonunda S.Andriyakanın fərdi sərgisi açıldı

Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (“Azərbaycan” pavilyonunda Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Akvarel və Zərif Sənətlər Akademiyasının rektoru Sergey Andriyakanın fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgini acan Azərbaycan pavilonunun direktoru Səadət Kadırova bildirdi ki, iki ölkə arasında mədəni əlaqələrin qədim tarixi kökləri var və Serqey Andryakan Azərbaycan pavilonunda sərgisinin keçirilməsi bunun bariz nümunələrindən biridir.

AZƏRBAYCAN PAVİLONUNUN DİREKTORU SƏADƏT KADIROVA: Rusiya və Azərbaycan arasında olan mədəni əlaqələr o qədər dərindir ki, hec bir siyasi və ya digər provakasiyalar bu əlaqələri qopara bilməz. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra, müharibə bitdikdən sonra, biz mədəniyyətin insanları birləşdirməsinə ehtiyacı daha çox hiss etdik . Mənə elə gəlir ki, biz mədəniyyət diplomatiyası, xalq diplomatiyası ilə, bu cür tədbirlər vasitəsi ilə iki xalqı daha da yaxınlaşdıra bilərik

Sərginin müəllifi Serqey Andriyaka isə öz növbəsində, incəsənət əsərlərinin "Azərbaycan" pavilyonunda sərgilənməsini Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.

RUSİYANIN XALQ RƏSSAMI Sergey Andriyakan: Bilirsiniz, tanışlıq gözlənilmədən oldu. Və biz çox məsləhətləşdik, çox fikirləşdik. Burada hər şey çox xoşum gəldiyindən “Niyə də yox” dedim. Bu sərgi bu minvalda ərsəyə gəldim. Bəlkə sərgi məni hərtərəfli göstərmir. Amma mən bura təbiəti, gözəlliyi, gülləri, meyvələri və tərəvəzləri gətirdim,hansı ki bunları bizə həyat bəxş edir.

Tədbir cərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə nəşr olunmuş "Toğrul Nərimanbəyov" kitabı rusiyalı rəssama hədiyyə edildi. Sergey Andriyakan isə öz əsərini "Azərbaycan" pavilyonuna təqdim etdi. Nəzərinizə çatdıraq ki, fərdi sərgi oktyabırın 7-nə dək davam edəcək.

İqbal Rüstəmov

REAL TV-nin Rusiya bürosu 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər