100-dən artıq "Qazel" istehsal olunub - VİDEO

100-dən artıq
Artıq "Chevrolet"avtomobilləri də Azərbaycanda istehsal edilir

Hacıqabul Sənaye məhəlləsində yerləşən avtomobil zavodunda 7 ay ərzində 100-dən artıq Qazel markalı yük avtomobili istehsal edilib.

Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal edilir. Maşınların qiymətləri 17 min - 130 min AZN aralığında dəyişir.Və nəhayət bir neçə gün bundan öncə zavodda minik avtomobili və avtobus istehsalının yeni xəttini işə salınıb.

Yeni istehsal xəttində isə Özbəkistanın "UzAvtoSanoat" şirkəti ilə birgə və ABŞ-ın "General Motors" şirkəti ilə əldə olunan sazişə əsasən, "Chevrolet" minik avtomobillərinin, ISUZU poikap və avtobuslarının yığılması həyata keçiriləcək. Oikapların qiyməti 50-70 min, avtobusların qiyməti isə 70-120 min manat arasında olacaq. Yeni xəttin istehsal gücü 5 min "Chevrolet" avtomobilinin və minədək avtobus və pikapın yığılmasına imkan verəcək.

Qeyd edək ki, gələcəkdə "General Motors"un razılığı ilə Azərbaycandan Türkiyəyə avtomobil ixracı planlaşdırılır. Həmçinin,Azərbaycanda bu avtomobillər üçün ehtiyat hissələrin istehsalı ilə bağlı da razılıq əldə olunub.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən