Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb

Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edib.

Moskva vaxtı ilə 20:00-da paytaxtda və ölkənin Mərkəzi regionlarında seçki məntəqələri bağlanıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, ölkə üzrə seçici aktivliyi 50 faizdən çox olub.

Parlamentin aşağı palatası ilə paralel olaraq Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.
Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub.

Rusiyanın Moskva daxil olmaqla 7 regionunda ənənəvi səsvermə formatından başqa məsafədən elketron səsvermə də tətbiq olunub. Paytaxtda olan seçicilərin 2 milyon 14 min 765 nəfəri məsafədən elektron səsvermədə iştirak üçün ərizə verib. Ərizə verənlərin 90 faizi elektron səsvermə hüququndan istifadə edib.

Moskvanın 5 milyon 572 min 235 nəfər seçicisi isə ənənəvi səsvermə formatına üstünlük verib.

Ümumilikdə Moskvada 3486 seçki məntəqəsi fəaliyyət göstərib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər