NATO-nun konsepsiyası dəyişə bilər - VİDEO

NATO-nun konsepsiyası dəyişə bilər - VİDEO
Fransa-ABŞ böhrani hərbi blokun daxilində siyasi çatlar yaradır

Fransa-ABŞ böhranı NATO-nun konsepsiyasını dəyişə bilər

Fransa və ABŞ münasibətlərindəki böhran NATO-nun yeni strateji konsepsiyasının müəyyənləşməsinə güclü təsir göstərir. Bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.
Bununla belə, Jan-İv Le Drian bunun Fransanın NATO-dan çıxmasına səbəb olmayacağını söyləyib:

“Fransa Prezidentinin xahişi ilə NATO, konsepsiyası ilə bağlı müzakirəyə başlayıb. NATO-nun Madriddə keçiriləcək növbəti sammitində yeni strateji konsepsiya üzərində iş aparılacaq”.

Qeyd edək ki, bundan əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq (AUKUS) sənədi imzalayıb. Eyni zamanda Avstraliya 90 milyard dollar dəyərində 12 ədəd “Barracuda” tipli sualtı hücum qayığının alınması ilə bağlı Fransanın “Naval Group” şirkəti ilə bağladığı razılaşmadan imtina etdiyini açıqlayıb. Fransa xarici işlər naziri bunu arxadan vurulan zərbə kimi dəyərləndirib.

Rəsmi Paris həm də tarixdə ilk dəfə ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmə üçün geri çağırıb.

Millət vəkili, politoloq Sevil Mikayılova son baş verənləri dünyanın geosiyasi aləminin ən səs-küylü hadisələri adlandırır. 3 böyük ölkənin - Avstraliya, Böyük Britaniya və ABŞ-ın iştirakı ilə bir aleansın, xüsusilə də hərbi aleansın yaradılması digər ölkələr tərəfindən çaşqınlıqla qarşılandı.

Bütün bunlar NATO-nun konsepsiyasında dəyişikliyin olacağını proqnozlaşdırmağa əsas verir və aleans daxilində siyasi parçalanmalara yol açır. Mütəxəssislər bundan sonra NATO-nun spektrinin dəyişiləcəyini, onun yeni regionlar zəbt edəcəyini deyirlər. Bu da artıq hərbi aleansın genişlənməsi üçün yeni zəmin yaradır. Digər tərəfdən, BMT və Avropa Birliyinin də NATO-ya münasibəti fərqlidir.

Dünyada qüvvələr balansının dəyişməməsi üçün yaxın gələcəkdə tərəflərin hərəkətə keçməsi istisna edilmir. Bu isə Yaxın Şərqdə və ümumiyyətlə bu ərazidə vəziyyəti daha da gərginləşdirə bilər. Əfqanıstan və onun xaricində baş verən prosesləri misal çəkə bilərik. Mütəxəssislər burada artıq yeni hərbi zonanın yarandığını bildirirlər. Bundan sonra isə Hind Okeanı və Sakit Okean hövzəsində də yeni güclərin təmsil olunduğu bloklaşmanın şahidi olmaq mümkündür. NATO-nun strategiyasında isə xüsusi dəyişiklərin olacağı ən azı yaxın gələcək üçün istisna edilir. Amma aleans daxilində artıq müəyyən siyasi çatlar özünü göstərir və bu gələcəkdə hərbi blokun fəaliyyətində hiss olunacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən