Su və kanalizasiya problemi olan 11 ailə -VİDEO

Su və kanalizasiya problemi olan 11 ailə -VİDEO
"Azərsu" ASC problemin həllinə söz verdi

Töhfə nənəni narahat edən bu problem əslində tək onun yox, 11 ailənin problemidir. Onlar Ağcabədi rayon Xocavənd kənd sakinləridir. Özlərini ayrıseçkiliyə məruz qalmış hesab edən sakinlər.
Səbəb isə bir neçə il əvvəl kəndə su və kanalizasiya çəkilən zaman unudulmalarıdır. Hər halda sakinlər belə iddia edir.

Bəli, Xocavənd kəndinin yalnız bu 11 ailəsinin həyətində özləri tərəfindən qazılmış quyular kanalizasiya rolunu oynayır, yalnız onlar içməli suyu pulla almalı olurlar.

Xocavəndlilərin düşdüyü vəziyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə çatdırdıq. Qurumun mətbuat xidmətinin mövqeyini təqdim edirik.

"Azərsu” problemin həllinə söz verdi. Deməli, yaxın zamanlarda bu 11 ailənin qonşularına həsədlə baxıb köks ötürdüyü günlər geridə qalacaq.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər