Rusiyanın müxalifət lideri Aleksey Navalnının ölkədən xaricə çıxmasına qadağa qoyulub.
REAL-ın məlumatına görə, bu barədə o, özü sosial şəbəkədə açıqlama verib.
Navalnı bildirib ki, o, Avropa İnsan Haqları Məhkəməsində onun barəsində qaldırılan işlə əlaqədar iclasda iştirak etmək üçün Fransanın Strazburq şəhərinə səfər etməyə çalışırmış.
Lakin Moskvanın Domodedova hava limanında buna imkan verməyiblər.
Qeyd edək ki, məhkəmədə 2012-2014-cü illərdə Navalnıya qarşı irəli sürülən ittihamlar və həbslərin siyasi motivli olub-olmadığı müəyyən ediləcəkdi.
Navalnı hava limanından buraxılmaması üçün heç bir cəriməsi olmadığını bildirib.