2000-dək şəxs işlə təmin edilib (VİDEO)

2000-dək şəxs işlə təmin edilib (VİDEO)
Postmüharibə dövründə 5320 nəfərə kiçik biznes yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün mediatur təşkil edib. Jurnalistlər Gəncə şəhərində və Göygöl rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Onlara 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Bildirilib ki, postmüharibə dövründə bu kateqoriyadan olan 5320 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. 2000-dək şəxs münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə cari ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na 527 işəgötürən qoşulub, 2747 vakansiya təqdim edilib ki, həmin vakansiyalar üzrə artıq 801 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Media nümayəndələri əvvəlcə şəhid Samir Abdullayevin atası İlham Abdullayev üçün yaradılmış təsərrüfatla tanış olublar. O, postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunaraq proqramın dəstəyi ilə dəmirçilik fəaliyyəti üzrə avadanlıqlarla təmin olunaraq istehsal sahəsini qurub.

Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədzadə isə proqram vasitəsilə arıçılıq sahəsində öz təsərrüfatını yaradıb.

Vətən müharibəsi qazisi Samir Hüseynovun atası üçün də kiçik biznes yaradılıb.

Qeyd edək ki, Gəncə və Göygöl şəhəri üzrə cari il əhalinin həssas qruplarına daxil 700-dən artıq şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər