Azad Suqovuşan su anbarı - VİDEO

Azad Suqovuşan su anbarı - VİDEO
2021-ci ildə su anbarında əsaslı təmir işləri aparılıb

Bu gün şanlı ordumuz tərəfindən Suqovuşanın azad olunmasından bir il ötür. 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən Suqovuşan su anbarının suyu artıq Azərbaycan ərazisində yerləşən torpaq sahələrinin suvarılması üçün istifadə olunur. Suqovuşan su anbarında görülən işlər Tərtərçay Hidroqovşağının İstismar İdarəsi tərəfindən həyata keçirilir. Suqovuşan su anbarı işğal altına düşməmişdən əvvəl Qarabağ massivində 86270 hektar suvarılan sahələri suvarma suyu ilə təmin edirdi. Qarabağ hadisələrindən sonra Suqovuşan və Sərsəng su anbarlarının, həmçinin sağ sahil magistral su kanalının erməni işğalı altına düşməsindən sonra həmin ərazilərin suvarılmasında çox böyük çətinliklər yaranmışdı. Ancaq Azərbaycan ordusunun zəfəri artıq bu çətinlikləri də geridə qoydu. İndi azadlığına qovuşan Suqovuşan su anbarının saf, göz nuru kimi təmiz suyu öz doğma torpaqları üçün axacaq.

Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Faydalı həcmi isə 5 milyon kubmetr təşkil edir. 2021-ci ildə rayonların su təminatını yaxşılaşdırmaq məqsədi ilə idarə tərəfindən istismar tədbirləri planı əsasında cari və əsaslı təmir işləri yerinə yetirilib, beton kanallar və onlar üzərində olan hidrotexniki qurğular təmir olunub, torpaq kanallarda lildən təmizlənmə işləri aparılıb.

Suqovuşan su anbarından götürülən su uzun müddət işğalda qalan və istifadə olunmayan kanallar vasitəsi ilə əkin sahələrinə çatdırılır. Bu günə kimi kanallar kol-kosdan təmizlənib və suyun axını üçün şərait yaradılıb. Hazırda bu işlər davamlı olaraq aparılır. Həmçinin hidrotexniki qurğuların və hidropostların cari təmiri də yerinə yetirilir.
İnterşum: Kanallar kol-kosdan təmizlənir...

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər