Bakıda blüz küləkləri əsəcək

Bakıda blüz küləkləri əsəcək
Silvan Zingg Bakıda konsert verəcək.

İsveçrəli blüz ifaçısı, pianoçu Silvan Zingg Bakıda konsert verəcək.

Məlumatı jurnalistlərə açıqlamasında İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler verib. O bildirib ki, konsert yanvarın 27-də Bakı Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Diplomat qeyd edib ki, Silvan Zingg bugi-vugi və blüz  janrında ifa edən ən istedadlı pianoçudur: "Onun repertuarına 500-dən çox kompozisiya daxildir. Ən populyar hiti olan "Dancing The Boogie" musiqisi "YouTube"da 8,1 milyondan çox izlənilib".

Səfir bu il Azərbaycanda başqa mədəniyyət tədbirləri həyata keçirməyi planlaşdırdıqlarını da söyləyib. O qeyd edib ki, mart ayında Bakıda İsveçrə qış turizmi ilə bağlı posterlərin sərgisi keçiriləcək. Bundan başqa, Bakı və Gəncədə film nümayişləri olacaq. Yaz aylarında Gəncədə digər səfirliklərlə birgə fotosərginin təşkili də nəzərdə tutulur. Səfirin sözlərinə görə, son illər Azərbaycanda turizm yaxşı inkişaf edir və iki ölkə arasında birbaşa uçuşların olması əlaqələrin inkişafına daha da kömək edə bilər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə