Daha 50 qazi və şəhid ailəsinə ev verildi - VİDEO

Daha 50 qazi və şəhid ailəsinə ev verildi - VİDEO
Evlə təmin olunanlar arasında Vətən müharibəsi qəhrəmanları da var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən Müharibəsi Qəhrəmanına mənzillərin sənədləri təqdim edildi.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2014-2019-cu illərdə uçota alınmış şəxslərə və 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və əlillərinə 2021-2025-ci illərdə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsini nəzərdə tutur.

O cümlədən 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi işləri aparılır ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfə genişləndiyini göstərir.

2021-ci ilin planı üzrə artıq 1650 mənzilin şəhid ailələri və müharibə əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına təqdim edilib.

Qeyd edək ki, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir. 2018-2020-ci illərdə onlara 1300-dək, bu ilin ötən dövründə isə daha 150 avtomobil, ümumilikdə indiyədək 7350 avtomobil verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər