Həkimlik vəziyyət hakimlik oldu - VİDEO

Həkimlik vəziyyət hakimlik oldu - VİDEO
Həkim Araz Bayramovla bağlı şikayətə məhkəmədə baxılacaq

Tanınmış jurnalist Günel Gözəlovanın həkim Araz Bayramovla bağlı prokurorluğa etdiyi şikayət məhkəməyə göndərilib. Bu haqda birazdan ərtaflı məlumat verəcəm. hələliksə onu deyim ki, Günel Gözəlovanın həkimdən şikayıt etməsinə səbəb həyat yoldaşı Anar Gözəlovun əməliyyat zamanı səhəttinin ağırlaşması olub. Deməli bu ilin fevral ayında Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov “Buta” Klinikasına böyrək ağrıları ilə müraciət edib. Klinikanın cərrah-uroloqu Araz Bayramov onu müayinə edərək xəstənin böyrəyində daş olduğunu bildirib. Çıxış yolu kimi də əməliyyat olunmağı məsləhət görüb. Anar Gözəlov həkimin verdiyi məsləhətlə razılaşaraq əməliyyat olunmaq qərarına gəlib. Həkim xəstənin ailəsinə əməliyyatın 2 saat çəkəcəyini də bildirib. Anar Gözəlov bu ilin fevral ayında əməliyyat olunub. Elə bütün problemlərdə buradan başlayıb. Əvvəla onu deyim ki, Anar Gözəlovun böyrək daşı əməliyyatı deyildiyi kimi 2 yox, 5 saat davam edib. Bu hal ailəni narahat etsədə həkim hər şeyin normal olduğunu, böyrəkdən çıxarılan daşlar bərk olduğundan əməliyyatın uzun çəkdiyini bildirirb. Şikayətçi Günel Gözəlova əməliyyatdan sonra həyat yoldaşının anlaqsız vəziyyətdə olduğunu və müayinə zamanı ikitərəfli beyin insultu keçirdiyini bildirir. və bu sənədlərlə də təsdiqlənib.

Həkim Araz Bayramov isə bu iddiları rədd edir. Birazdan elə cərrah uroloq Araz Bayramovu da eşidəcəksiniz. Hazırda müəyyəm nitq qüsurları olan və əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranan Anar Gözəlovun vəziyyəti isə heç də yaxşı deyil. O, əmək qabiliyyətini itirib və ona əllik dərəcəsi təyin edilib.

Baş vermiş hadisə ilə bağlı adı halannan Araz Bayramovla da görüşdük. Araz Bayramov ona qarşı irəli sürülən iddiaları rədd edir.

Onda belə bir sual yaranır. Yaxşı pasiyent əgər xroniki xəstə idisə onu əməliyyata necə qəbul ediblər? Nəzəzrə alsaq ki, böyrək xəstəliklərində təzyiq daim yüksək olur. Həkim bildirdi ki, böyrəyin perkutulyar üsulla əməliyyatında əvvəlcədən mrt olunmur. 

Qeyd edək ki, hazırda Ümumdünya səhiyyə təşkilatının protokoluna əsasən böyrəyin perkutulyar üsulla əməliyyatı 2 saatdan çox çəkməməlidir. Amma bəzi hallarda əməliyyatın bitmə müddəti gözlənildiyi vaxtdan uzun çəkə bilər. bu zaman əməliyyatın iki hissədə aparılması məqsədə uyğun hesab olunur.

Onu da qeyd edək ki, artıq iş məhkəmədədir və tətərflər 3-cü dəfə məhkəmədə görüşəcəkləklər. Kimin haqlı kimin haqsız olduğunu məhz məhkəmə qərar verəcək. Fakt isə faktlığında qalır. 1 uşaq atası 41 yaşlı Anar Gözəlov bundan sonrakı həyatını nitq qüsurli və əmək qabiliyyətini itirmiş əlil kimi davam etdirəcək.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər