Gənc yazarın imza günü - VİDEO

Gənc yazarın imza günü - VİDEO
Ş.S.Türkayın "Ev dustağıyam "əsəri kitab sərgisində nümayiş olundu

Bakı Ekspo mərkəzində keçirilən 7-ci Bakı Beynəlxalq Kitab sərgisində yazıçı Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin imza günü keçirildi.

Gənc yazarın “Ev dustağıyam” əsərinin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi təşkil edir.

Qeyd edək ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olduqdan sonra təhsilini Londonda davam etdirib. 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Ədəbi yaradıcılığa xüsusi marağı olan Şah Selimi Türkayın 2019-cu ildə qələmə aldığı qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən yüksək qiymətləndirilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər