Səsin qələbə obrazı - VİDEO

Səsin qələbə obrazı - VİDEO
Xalq artisti Nurəddin Mehdixanlı 65 yaşa səsləndi

O, bəzən Əmir Teymur kimi ötkəm, bəzən Bəhram kimi həlimxasiyyət, bəzən də Vaqif kimi coşqun olur. Səhnəmizin romantik pafosa, coşqun daxili temperamentə malik aktyoru Nurəddim Merhdixanlı bu gün 65 yaşını qeyd edir. Hər bir rolunu daxilindən keçirərək, onu səhnədə yaşayan, mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli obrazları yüksək ustalıqla yaradan aktyor, həm teatrda, həm də kinoda unudulmaz xarakterlər canlandırıb. O, Səməd Vurğunun "Vaqif" dramında Vaqif, Cəfər Cabbarlının "Od gəlini"ində Əbu Übeyd, Hüseyn Cavidin "İblis"ində Elxan surətlərini canlandırmaqla yanaşı, zəngin filmoqrafiyası ilə də məşhurdur. Aktyor "Vicdanla üz-üzə"də hakim, "Güllələnmiş heykəllər"də Vaqif, "Cavad xan" filmində Cavad xan obrazlarını yüksək məharətlə yarada bilib.

Dünyada haqqın-ədalətin olmadığına, haqqı yalnız güc hesabına bərqərar etmənin mümkünlüyünə inanan aktyor, bu ad günündə nəhayət ki haqq-ədalətin bərpa olunduğunu deyir.

Güclü Azərbaycanın güclü vətəndaşı olduğu üçün fəxr edən aktyor, bu gücün qorxu deyil sevgi yaratdığını düşünür.

30 dan çox tamaşada, televiziya tamaşasında və bir o qədər də filmdə unudulmaz rollar ifa edən 65 yaşlı aktyor, bu gün Azərbaycanın xalq artisti, Prezidentin fərdi təqaüdüçüsü, "Şöhrət" ordeni laureatıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər