Əlillik statusu ləğv olunan vətəndaş - VİDEO

Əlillik statusu ləğv olunan vətəndaş - VİDEO
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məsələyə aydınlıq gətirdi

Bərdə şəhər sakini Maarif Vəliyev Birinci Qarabağ müharibəsi veteranıdır. O, 1993-cü ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Elə həmin vaxt donvurma diaqnozu ilə hospitala yatırılıb. Orada onun ayaq barmaqlarından səkkizi, pəncəsinin bir hissəsi amputasiya edilib. Şəkərli diabet xəstəliyindən də əziyyət çəkən Maarif müəllim deyib ki, 1994-cü ildən heç bir yerdə çalışmasa da, uzun müddət əlillik status almaq üçün heç yerə müraciət də etməyib. Yalnız 2010-cu ildə o, sənədlərini toplayaraq ikinci qrup əlillik statusu alıb. Maarif müəllim aldığı pensiyanın onu qane etdiyini, son on ildə bütün yaşamını həmin pula əsaslanaraq qurduğunu deyir. Lakin günlərin birində vəziyyət dəyişir.

Bakıya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunan Maarif müəllim bundan sonra probleminin geridə qalacağını düşünsə də, nəticə əksinə olur.

Bir neçə aydır pensiyası kəsilən vətəndaş heç yerdə çalışa bilməyəcəyini, sağlamlığının buna imkan vermədiyini iddia edir.

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, Bərdə şəhər sakini Vəliyev Maarif Əvəz oğlu 15.07.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilib, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hər iki pəncənin II-III dərəcəli donvurmasından sonrakı vəziyyət. Sağ ayağın I-II -III barmğının orta falanqa səviyyəsində, sol ayağın I-II-III-V barmaqlarının ic falanqa səviyyəsindən amputasion güdülləri . Sağ budun ön iç və sağ baldırın arxa, sol budun ön və sol arxa səthinin II dərəcəli yanıqdan sonrakı çapıqları. Şəkərli diabet II tip, orta ağır dərəcə” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmayıb. Xroniki qan dövranı pozğunluğu, xroniki işemik əlamətləri qeyd olunmayıb, əlillik təyininə əsas verən funksional pozuntular aşkarlanmayıb. Bu səbəbdən şəxsin diaqnozu əlillik təyin etməməsi barədə qərar qəbul edilməyə əsas verib.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər