Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıkov ötən gecə öldürülüb.
Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Anarbay Mamajakıkov 2018-ci ilin mayında bu vilayətə prokuror təyin edilmişdi. Hadisə ilə bağlı cinayət işi açılıb. Artıq şübhəli şəxs qismində bir nəfər tutulub.