Mir Şahinin vaxtı - 10.10.2021

Mir Şahinin vaxtı - 10.10.2021
REAL təhlil və informasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir!

Birlikdən danışacağıq. Əmin olacaqsınız ki, Əliyev planı məhz Marşal planı ilə müqayisıə edilməlidir.

Marşal planı İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpası ilə bağlı idi. Birləşmiş Ştatların o zamankı dövlət katibinin adı ilə bağlı idi. Bunu bilirsiniz. Biz isə bu gün Əliyev Planı ətrafında işləyəcəyik. Əliyevin işğaldan azad edilən ərazilərdə idarə etdiyi proseslərin bir adı da İkinci Savaş olmalıdır. İkinci Döyüş olmalıdır. Bu baxımdan biz Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərlərinin dəqiq təhlilini verməyi bacarmalıyıq.

Hörmətli tamaşaçılar! Ötən ay möhtəşəm bir gün yaşadıq. 27 sentyabrda Azərbaycan məğrurluq və kədərin birləşdiyi tarixi qeyd etdi. Daha bir qürur və şan tarixini noyabrda qeyd edəcəyik. Zəfər günü. Bu gün göz yaşı və qan damcılarının qovuşduğu, küçələri şadyanalıqla dolaşan maşınların siqnal səsləri, milli bayrağımızın rənglərnin sayrışdığı, milyonlarla həmvətənimizin alov saçan gözlərinin ümumxalq təntənəsinin bir-birinə qaynayıb-qarışdığı gündür. Bizim xalq həyat sevər, bayrambad xalqdır. Amma təqvimdə sevimli bayramlarımızın sayının çox olmasına baxmayaraq noyabrın o günü xüsusi olacaq! Biz Vətənimizin ayrılmaz hissəsini geri qaytardıq. Onunla bir yerdə özünə hörməti və gələcəyə inamı da. Biz sübut etdik ki, dünyada Ali Ədalət var! Biz Qarabağı azad etdik.

Az-çox təhlil qabiliyyətinə malik olan istənilən şəxs Prezident Əliyevin müasir Azərbaycanın bu epoxal qələbədəsindəki müstəsna rolunu təsəvvür edə bilir. Bəli, Azərbaycan əsgər və zabitləri, döyüşçülərimiz bu müharibədə böyük şücaətlər, misilsiz fədakarlıqlar nümayiş etdirdilər. Amma məhz Prezident, Ali Baş komandan Əliyev öz ordusunu bu şücaətlərə, bu fədakarlıqlara ruhlandırmaqla, yüzillərin qələbəsinə apardı. Məhz onun Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, ölkənin daim təkmilləşdirilən inkişaf konsepsiyası əsasında müəyyən etdiyi gələcəyə baxışı, imkan verdi ki, xalqın 30 ildir- içində bəslədiyi nifrət və qisasın, kədər və kinin iti, qarşısıalınmaz seli düşməni bir anın içində süpürüb aparsın.

İlham Əliyev bilirdi ki, risk edir. Hər şeylə! Hərbi hərəkətlərin mütləq uğurlu sonluğuna, xüsusilə də belə məkrli düşmənlə, illah da proqnozlaşdırılması qeyri-mümkün geo-siyasi regionda, heç kim zəmanət verə bilməz. Prezident Əliyev isə həm görünən, həm də gizli təhlükələri neytrallaşdırmağı bacardı.

O qalib gəldi. Düzdür, toplar, tanklar bir il əvvəl susdu. Amma döyüş bir dəqiqə belə ara vermir. Bu savaş tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini müstəqil şəkildə yerinə yetirən və heç bir kənar qüvvənin köməyi olmadan düşməni cəzasına çatdıran Azərbaycanın öz mövqelərini dayanmadan müdafiə etdiyi danışıqlar masası arxasında davam edir. Bu savaşda qalib ölkə başabəla qonşusu ilə dinc yanaşı yaşamağa-yeni səhifədən başlamağa hazır olduğunu nümayiş etdirir. Amma daha böyük miqyasda ən nəhəng ölçülərdə döyüş Qarabağın bərpası və rekonstruksiyasının dinc cəbhələrində qaynayır. Yer üzündə və tarixdə hələ heç vaxt post-konflikt bərpası və yenidənqurma işləri Azərbaycanda olduğu kimi iti templərlə, belə miqyasda aparılmayıb. Hələ indiyədək heç vaxt və heç yerdə həyati vacib obyektlərin təcili bərpası və yenidən qurulması, ənənəvi aksentdən kənar, hərtərəfli sistem yanaşmasına əsaslanaraq icra edilməyib. Hələ indiyədək heç vaxt və dünyanın heç bir yerində işğaldan azad edilmiş ərazilərdə belə bir işə yanaşma yaşıl enerji, ağıllı yaşayış məntəqələri davamlı sürət və keyfiyyətin ideal sintezi ilə müşayiət olunan ən qabaqcıl texnologiyalarla aparılmayıb.

Gedişində və savaşdan dərhal sonra Azərbaycanın hərbi texnologiyalara novator yanaşması və sabahkı günün silahını tətbiq etməsi barədə çox danışılıb. Bu belədir. Amma Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə dinc əmək cəbhəsində həyata keçirdiyi bərpa və layiqli güzəran yaratmaq sahəsindəki nailiyyətləri, tətbiq etdiyi texnoligiyalar da şübhəsiz, beynəlxalq tərəfdaşlarımızın ən səylə öyrəndiyi təcrübə olacaq! Həm şübhəsiz, həm də onların istəklərindən asılı olmayaraq. Həm də ortada başqa bir mütləq həqiqət var: Tarixdə ilk dəfədir ki, məhz Azərbaycan postkonflikt dövründə bərpa və rekonstruksiyanının ən geniş kompleksini təkbaşına, müstəqil surətdə icra edir. Beynəlxalq partnyorlarla, məsələn UNESCO ilə işlərimiz indiyədək əsas etibarilə neqativ təsirlərin qarşısının alınması üçün göstərilən səylərlə kifayətlənirdi. Sülhün bərpa və və bərqərar edilməsinin qiymətləndirilmə çərçivəsində tərəfdaşlıq mexanizmi bəzi partnyorlarımızın qərəzli yanaşması nəticəsində bloklandı. Amma. Amma. Maraqlı bir fakt təqdim edim: İstənilən münaqişəni götürək. Olsun İraq, Yəmən, Somali. Elə Liviyanı götürək: Bu ölkələrin hər birində bərpa və rekonstruksiya işləri aparılır. Bu ölkələrin hər birinin bərpa və yenidənqurulmasında aparıcı rolu beynəlxalq təşkilatlar oynayır. Kimdir bu beynəlxalq təşkilatlar: BMT, Dünya Bankı, Avropa İttifaqı, regional inkişaf bankları və onların eqidası altında çalışan qeyri-hökumət təşkilatlarının dırnaqarası konsorsumu və sair və ilaxır. Bir az da uzağa gedək: 2-ci Dünya Müharibəsindən sonrakı Avropaya. Avropanın bərpası o zaman Birləşmiş Ştatların dövlət katibinin adı ilə bağlı olaraq Marşal adlandırılırdı. Bəs Azərbaycan? Eyni məntiq və məsuliyyətlə Qarabağın bərpası planını Əliyev Planı adlandırmaq olar. Çünki bərpa və yenidənqurma işlərini müstəqil şəkildə, heç bir kənar qüvvənin müdaxiləsi, maliyyəsi olmadan Əliyev aparır. Azərbaycan daşıdığı yükə görə, dövlət idarəetmə sisteminin daha mürəkkəb yolunu, amma ölkənin suverenliyini, imkanlarını nümayiş etdirən yolu seçdi. Bu gün Qarabağda görülən işlər həm də gələcəymizin maketidir. Azərbaycanın içində, obrazlı desək ikinci bir Azərbaycan qurulur. Təkcə görülən işlərin həcmi yox, onun nəticələri də misilsizdir. Qarabağda, işğaldan azad edilmiş ərazilərdə görülən işlərin, qabaqcıl texnologiyalar və uğurlu təcrübələri güzgü proyeksiyası ilə bütün Azərbaycana, onun bütün ərazisi boyunca tətbiq edilməsi tapşırığı verilib. Azadlıq uğrunda döyüşləri abadlıq uğrunda döyüşlər əvəz edib. Və bu döyüşlərdə də 44 günlük müharibədə olduğu kimi-öz işini öz yerində dinc səngərlərdə ləyaqət və fədakarlığla yerinə yetirən çoxlu özünəməxsus döyüşçü var. Kimdir bu döyüşçülər: sürücülər, inşaatçılar, layihələndiricilər, dizaynerlər, sapyorlar, azad edilmiş ərazilərdə çalışan yüzlərlə təşkilatın əməkdaşları. 44 günlük müharibə kimi, bu döyüşün də bir ilhamvericisi və bir lideri var. İlham Əliyev. Qarabağın və işğaldan azad edilmiş başqa ərazilərimizin bərpası - bu onun başqa bir savaşı, döyüşüdür. Onun başçılığı altında əsgərlərimiz torpağı da labüd ölümdən xilas etdilər. Hə. Torpaq öldürülürdü. Düşmən onu əzablı bir ölümə məhkum edirdi. Ən dəhşətlisi torpağımızın bizim yaddaşımızdan çıxarılmasına, unutdurulmasına yönəli düşmən fəaliyyət idi. Biz ora qayıtdıq. Torpağn canı, ruhu kimi. Biz torpaqlarımızı həyata qaytarırıq. Bu 2020-ci il müharibəsindən qayıtmayanların ruhu qarşısında ən layiqli minnətdarlıq nişanəsi olacaq. Məhz bu imkan verəcək ki, Qarabağ uğrunda, Azərbaycan uğrunda şəhid olanların varisləri qürurla söyləsinlər: atalarımız, babalarımız boş yerə şəhid olmayıb! İlham Əliyev daha bir qələbə qazanacaq. Bütün əngəllərə, maneələrə baxmayaraq. Bunun çoxlu səbəbi var! Amma bu səbəblərin hamısını özündə birləşdirən bir ifadə var! Onun xalqı öz Əliyevlədir. Əliyev öz xalqıyla bir yerdədir. Bu isə o deməkdir ki, biz məğlubedilməzik. Uğrunda ölünən, həlak olunan, şəhidlənən torpaqlar bundan sonra uğrunda yaşanacaq. Yaşanılacaq. Yaşasın sözünün real mənzərəsi məncə budur. Prezidentin Hadrut və Tuğa səfəri eynilə Cəbrayıl və Suqğovuşan səfərinin, azad edilmiş yerlərə buna qədərki başqa səfərlərin fəlsəfi-mənəvi tərkib vahidi idi. Ali baş komandanın hərbi formasını mülki geyim əvəz edir və bu yalnlz görünüş fərqi deyil. Bu həm də o deməkdir ki, hərbi zamanı mülki zaman və dinc savaş əvəz edir. 30 il ərzində düşmən dağıtmaq və bərbad etmək nümunəsi göstərişdi. Azərbaycan ən qısa zamanda qurmaq və abad etmək nümunəsi göstərir. Fərqi yoxdur, Prezident Şuşada ya Cəbrayılda, Ağdamda ya Zəngilanda çıxış etsin. Onun bütün çıxışları nəhəng bir bərpa, inkişaf konsepsiyasıdır. İşğaldan azad edilmiş hər bir ərazinin gələcəyi barədə konkret niyətlər proqramıdır. Məsələn, Hadrut. Prezident Azərbaycanın inkişaf və bərpa, quruculuq niyyətini Ermənistanın vəhşi, dağıdıcı xisləti ilə paraleldə izah edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Onlar bizim torpağımızı işğal ediblər, Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq. Bir il bundan əvvəl Hadrutun azad olunması bir daha demək istəyirəm ki, tarixi hadisə sayıla bilər. Çünki bundan sonra biz artıq müxtəlif istiqamətlər üzrə Zəfər yürüşümüzü davam etdirdik. Bir istiqamət Füzuli istiqaməti idi. Hadrut azad olunandan heç 10 gün keçməmiş biz Füzulini azad etdik. Digər istiqamət Şuşa istiqaməti idi. Bax, o Zəfər yolu dediyimiz tarixi yol, o cümlədən Hadrut meşələrindən keçirdi. Beləliklə, Füzuli oktyabrın 17-də götürüləndən sonra Ermənistana daha çox zərbə oldu. Çünki artıq Cəbrayıl, Hadrut, Füzuli, yəni böyük yaşayış məntəqələri işğaldan azad edildi və müharibənin sonrakı gedişatını hər kəs bilir.

Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik.

Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi.

Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda, qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bu gündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik.

Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar. Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin, amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək.

Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək.

Prezidentin Qarabağ uğrunda ikinci müharibəsi adlandırdılğımız bu mərhələdə də Lider 44 günlük müharibədə olduğu kimi əngəllərlə, problemlərlə, beynəlxalq təzyiqlərlə qarşılaşır və bu maneələr heç də 2020-ci ildəkindən az deyil. Əksinə, maskalar yırtılmaqda, əsil sifətlər meydana çıxmaqda, müharibənin gedişində özünü dost qiyafəsində göstərməyə, daha doğrusu qüvvələr nisbəti qarşısında qalib tərəfi qəbul etməyə məcbur olanlar indi daha fəal şəkildə müqavimət göstərməkdədir. Bir azdan bu mövzuya ayrıca toxunacağıq. İndi gəlin müharibədən əvvəlki reallıqları xatırlamağa çalışaq. Nəyi bilirdik? Nəyi eşidirdik? Hə bilirdik ki, torpaqlarımız işğal altındadır, amma bu cümlə o qədər deyilmiş, çeynənmişdi ki, artıq hər hansı emosianal yükə malik deyildi. Qarabağ deyiləndə artıq yadımıza nə torpaq, nə ərazi, nə əhali düşürdü. Bəs nə düşürdü: 3 müşketyorun regiona diplomatiya turizminin tərkib hissəsi tək səfərləri, üstündə mənasız bir bayraq qoyulmuş avtomobilin indi artıq keçmişdə qalmış təmas xəttindən o yana gedib bu yana gedib, o yana gedib bu yana getməsi, nazirlərin xəritənin müxtəlif nöqtələrində rus demişkən otmetka etməsi və. Zaman seli torpaqlarımızı sanki bizdən alıb daha uzaqlara aparırdı. Biz eşitmişdik ki, yaşayış məntəqələrimiz işğal altında yerləşir. Amma nədir bu yerləşmək. O torpaqlarımızı azad edəndən sonra başa düşdük. Yerləşmək,yerə çevrilmək, yerlə bir olmaq, yerə qarışmaq deməkmiş. Ermənistan ələ keçirdiyi, oğurladığı ərazilərimizi 30 il ərzində vəhşi kimi gəmirib məzarlarımızı ölənlərimizin dişlərinə qədər çapıb talamaqda, vətənimizi qətlə qoyubmuşlar. Dincə qoymağı bilirdik. Qətlə qoymağ da bu imiş. Qarabağın, ərazi bütövlüyümüzün taleyini etibar etdiyimiz dünya ədaləti isə heç demə düşmənlə eyni niyyətin peşindəymiş. Bü gün Azərbaycan bütün tarixinin ən əlbir, dilbir, işbir zamanınını yaşayır. Ölkəyə bir az yuxarıdan baxmaq kifayətdir ki, görəsən. Prezident işğaldan azad etdiyi ərazilərə ən qısa bir zamanda yaşayış və rifah rəmzi kimi qədəm qoyur. Minaların zərərsizləşdirilməsi nəticəsində yaranmış çalalara həyat toxumları əkilir. Keçmiş qaçqınlar yenidən öz yurd-yuvalarına dönmək üçün tədarük görür. Xalq Prezidentin əlini sıxmaq üçün dikəlir. Müharibənin dəhşətlərini dünyaya çatdıran yerli və xarici media təmsilçiləri dünənin döyüş plantasiyalarından indi sülhün translyasiyasına başlayıb.

Bu tarixi şan və ləyaqət çağlarında iqtidar-müxalifət birliyi qürurvericidir. Bütün fikir ayrılıqları torpaq və xalq naminə şərtiləşir. 90-cı illərdə torpaqların işğalında əli olan, xəyanət və satqınlıq, fərarilik və qorxaqlıqla yadımızda qalan, qaragüruh müxalifətçiliyini, dövlətsevər, prinsipial, sağlam müxalifətçilik əvəz edir. Bu insanlar dövləti və iqtidarı bir-birindən ayırmaq qədər sadə bir həqiqətin öhdəsindən gəlməyi bacarır:

Bütün bunlar mesajdır. Yəni Azərbaycan Prezidentinin Qarabağ uğrunda ikinci, hərbi yox, mülki savaşının fəlsəfəsini anlamaq üçün kifayət edəcək savaş barədə mesaj. Xalq, iqtidarlı, müxalifətli olmaqla Qələbənin yanındadır. Vaxt var idi ki, deyərdik: Azərbaycan xalqı Qarabağ məsələsində birdir. İndi isə belə deməliyik: Azərbaycan xalqı qələbə məsələsində birdir. Və bu birlik hər bir kənar müdaxilə cəhdini dərhal zərərsizləşdirir. Azərbaycanın qələbəsi bir sıra keyfiyyətlərinə görə unikaldır, nadirdir. Məsələn, Əliyevin belə bir fikrini xatırlayaq: Bizim ən böyük rəqibimiz zamandır. Əslində 4-cü Sənaye İnqilabının aparıcı dövlətlərindən birinin rəhbərinin zamana belə münasibəti təəccüb doğurmalıdır. Çünki Əliyev kursunda zaman yalnız bu gün və gələcəyin icrada və planda olan materialı deyil, bu həm də keçmişdir. Qələbəni Azərbaycan həm də keçmiş üzərində qazanıb dedikdə bu nəzərfdə tutulmalıdır. Sarqsyan keçmişdir. Koçaryan keçmişdir. Yəni qələbə təkcə məkanımızın ərazi bütövlüyünü yox, eləcə də zamanın ərazi bütövlüyünü, bu bütövlüyün işğaldan azad edilməsini təmin edib:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən" "Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb"

Zamana münasibət 4 cü sənaye transformasiyasının avanqardında gedən bir ölkənin idarəetməsi üçün xüsusi məna daşıyır. Burda biz zamanın müxtəlif deltalarında yerləşən ayrı-ayrı fraqmentləri də şərh edə bilərik. Məsələn Azərbaycanın 4-cü sənaye transfarmasiyasının saatına qurulmuş kursu və İran İslam Respublikasının istifadəsində olan feodal çağı. Bu baxımdan İran İslam Respublikası ilə Ermənistanı bir-birinə bağlayan həm də onların eyni zamanın müasirləri olmalarıdır. Eyni xarabalarda əməkdaşlıq ediblər. Yoxsa ya Hüseyn deyən ağızla məscidə donuz bağlayan erməninin antimübarək üzünü necə öpə bilərdi. Və ya bu adam Ərdəbildə hansısa molladır. Avtomata söykənib bir üzü qibləyə, bir üzü Azərbaycana danışır, təhdid edir. Bu isə erməni keşişidir. Onun da əlindəki eyni avtomatdandır. O da Azərbaycanı təhdid edir. Bu baxımdan zaman ciddi məsələdir. Onunla ayaqlaşmaq lazımdır. Onu saxlamaq olmur! Rusiya Xarici işlər naziri ilə görüşə də iranlı həmkarı Abdollahiyan məhz zamanı saxlamaq üçün getmişdi. Və Abdollahiyanln narazı sifəti heç də onunla bağlı deyildi ki, özünün hazırlayıb əlinə verdiyi müxbirin sualına Lavrov gözlənilməz cavab vermişdi. Ağayi Abdollahiyanı pəmürdə edən o idi ki, Rusiya İranı faktiki olaraq pərt etdi. Qonağa başa salındı ki, Azərbaycan regionun inkişaf stansiyasıdır. Bunu anlamaq çətin deyil ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhəddinin itirilməsi deyil. Tarixi Bakı-Culfa (Naxçıvan)-Culfa (İran) dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Münaqişədən əvvəl həmin dəmir yolu xətti ilə İrana hər gün 300 vaqon yük daxil olurdu. Zəngəzur dəhlizi ilə İran dəmir yolu Naxçıvan-Ermənistan-Azərbaycanı keçməklə Rusiyaya birləşəcək. Qafan-Gorus yolunda Azərbaycanın suveren hüquqları 3-cü ölkələrə tətbiq olunur. Belə başa düşürəm ki, İranın narahatlığı heç də Avropaya gedən tranzit yolunun bağlanması ilə bağlı deyil. Çünki, indiyədək həmin yolla Avropaya 1 kq belə yük aparılmayıb. Deməli, burda məsələ başqadır. Deməli, Qarabağın azad olunması ilə İran narkotik maddələrin daşınmasının ən rahat yolunu itirib. Bu yaxınlarda bu mövzuda da maraqlı materiallarımız olacaq. Farslar demişkən ğəşənge kadrlar göstərəcəyik. Rusiya sərhədçilərinin mühafizə etdiyi Meğri sərhəddindən də narkotiki İran Ermənistana rahat daşıya bilmir. Qarabağın azad edilməsi və Azərbaycanın İranla sərhədlərinə nəzarəti tam bərpası ilə qaçaq benzin satmağın ən rahat yeri də sıradan çıxdı. Axı oradakı hərbi texnikalar üçün benzin qaçaq yolu ilə qardaş İrandan alınırdı. Və əslində ermənilər bununla İrana onun ABŞ sanksiyalarından yayınmalarına yardım edirdilər. Hələ biz ondan danışmırıq ki, Qarabağı talan edən erməni hərbçiləri işğal edilmiş əraziləri otlaq kimi İran fermerlərinə icarəyə verirdi, torpaqları birgə əkib becərirdilər. İran İslam respublikası və Ermənistan qeyri islam respublikası bir sözlə, bulanıq suda birgə balıq tuturdular. Və həm də elə sözün həqiqi mənasında. Yəni İran erməni separatçılarla birgə balıq yetişdirmə vətəgələri qurmuşdu. İndi artıq işğalın qara mühasibatına yer qalmır. İran-Ermənistan sərhədini Rusiya qoruyur. Biz isə İranla sərhədimizi özümüz qoruyuruq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq...

... Yoxsa durduğu yerdə Azərbaycanı burada ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Bunu biz heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.

Vəssəlamü əleykum vərəhmətullahi vəbərəkatuhu! Ən vacibi isə budur ki, Azərbaycanın Ermənistan ərazisində gözü və hədəfi yoxdur. Gərəkdir ki, iranlı qardaşlarımız və ya Ermənistanın İran qardaşı Azərbaycana qazandığı halal qələbədən bəhrələnməyə mane olmağa çalışmaya. Ona görə yox ki, biz simvollarla danışırıq, bir əlimiz Dəmir yumruq, o birisi Harob-dadı. Ya da Amerika birləşmiş Ştatlarının Azərbaycandakı səfiti Qubaya yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə təsadüfən bu günlərdə gedir. Ya da kimsə şirin quyruğundan danışanda biz şirli-pələngli bütöv bir zooloji park istifadəyə veririk, həm də ona görə ki, bu qələbə təkcə Azərbaycanın yox, elə İranın da qələbəsi olmalıydı. Əlbəttə haqq allahdır deyiriksə, yaxud İranda da belə deyirlərsə. Və bir də İran-Ermənistan münasibətlərindəki qardaşlıq, təmas hərarəti ilə nail olduğumuz təriqəti təəccüblə tutuşduranlara da sözümüz var. Qardaş və bacılar, şiəlik İran İslam respublikasının xüsusi mülkiyyəti və ya monopiliyası deyil. İmam Hüseyn ədalət mücahidi idi. İran İslam Respublikası da Azərbaycanın tərəfində olmalıdır ki, İmam Hüseynin tərəfində olsun! Hörmətli tamaşaçılar, biz hələ bir neçə həftə əvvəl xəbərdarlıq etmişdik ki, Azərbaycan ciddi təbliğat diversiyaları, təhdid və şantaj partiyaları ilə üzləşəcək. Qaragüruhvari Qubad İbadoğlu və onun kimilərin hansısa Pandorra, POMİDORRA, XİYARRA və s söhbətləri məhz həmin çirk və İran gübrələrinin məhsuludur. Səbəb isə birdir: Azərbayhcanı qazandğı tarixi qələbəyə peşiman etmək. Alınmayacaq! Çünki qələbənin tamını artıq dadmışıq. Tamını. Bütövünü, Bütünlüklə. İndi ən əsası müstəqilliyimizi qorumaqdılr. Və əgər kimsə 28 mayı Respublika Günü kimi yox, Müstəqillik Günü kimi qeyd etməyi, sənədləşdirməyi təklif edirsə, burda xəbis nəsə axtarmayaq. Şəxsən məndən ötrü Müstəqillk hər şeydən əsasdır. Bizi əsas hədəfimizdən kimsə döndərməmilidir. Nə xoruz quyruğu Fransa, nə Əfqanıstanı Talibanın saqqalına bağlamış Ştatlar, nə də patı və batı arasında var gəl edən zənguleyi-İran! Bir az sərvaxt və diqqətli olaq. Bu gün əgər Kərimli başda olmaqla GÜRUHU QƏFLƏTƏN, gözlənilmədən Tale Bağırzadənin müraciətini yayırsa, o saat barmağınızı dişləyin. Görün niyə məhz indi? Niyə Ocaq Necadın kitabı, və ya məscidi bağlananda. Axı Kərimlinin Avropadakı ruporu Qənimət də barmağının kəsilməsi qorxusundan bir zaman etiraf etmişdi ki, ETTALAT ondan kağız alıb ki, İranın xeyrinə casusluq etsin, sonra buraxacaq. Bəs sonra? Sonra da daha heç nə. Qəniməti buraxdılar. Və ya bir kökü ermənilərə gedib çıxan ömürlük həbs cəzasına məhkum Yunis Səfərli ətrafında baş verənləri ayıq beyinlə anlamağa çalışın. Yunisin ata nənəsi haqqında keçən dəfə danışdıq. Bu qadın isə Yunis Səfərlinin doğmaca bibisidir. Tamara. Bibisinin həyat yoldaşı isə Arturdur. Artur Surenoviç Karapetyan. 1961-ci ildə. Daşkəsən rayonunda doğulub. Əlbəttə, mövzu üzərində dayana da bilərik. Bu gün üçün ehtiyac duymuram. İstəsəniz sonra danışarıq. Deməyim budur ki, heç nə təsadüfi deyil. Əgər bu gün Tale Bağırzadə Qaragüruhbaşı Kərimlinin növbəti qurbanı Niyaməddin Əhmədovun həbs edilməsi barədə müraciət edirsə, və bu müraciəti də Kərimli şəxsən özü yayırsa, özü də ilin günün bu vaxtı, üzü İran qibləsinə yayırsa düşünək. Əlbəttə Niyaməddinin həbsinə görə mən də qınayıram. Amma Kərimlini qınayıram! Onun Azərbaycanın şəhid və qazilər sırasında olmağa layiq gənclərinin həyatını beləcə məhv etdiyinə görə. Niyaməddin gəncdir. Yəqin körpə balaları var. Allah öz himayəsində böyütsün. Amma qaragüruhbaşının yola davam deyə-deyə 28 ildir vətənimizin gənclərinə etdiyi mənəvi soyqırımı şıddətlə qınayıram! Bu gün dövlətdən danışırıqsa dövlətimizin, Azərbaycanımızın, dindən danışırıqsa dinimizin, Peyğəmbər salavatullahın təbirincə desək Cihadi Kəbirin önündə olaq. Bu cihad işğaldan azad olunmuş ərazilərimizdə İlham Əliyevin başçılılğı altında gedir. 

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər