Kapital bank adından sui-istifadə (VİDEO)

Kapital bank adından sui-istifadə (VİDEO)
Müştərilərə aldadıcı mesajlar göndərilərək, məxfi məlumatları istənilir

"Salam, hörmətli müştəri. Sizi Kapital Bank online sorğudan narahat edirik. Kartınızın qorunması üçün sizə suallarımız olacaq. Zəhmət olmasa cavablandırın. Əks halda cavabınız deaktivasiya olunacaq".

Bəlli nömrələrlə bankın, onun Müşahidə Şurasının sədri, Baş icraçı direktoru Cəlal Qasımovun adından müştərilərin "whatsapp"ına göndərilən bu aldadıcı mesajlar Kapital Bank müştərilərinə çox tanışdır.

Sosial şəbəkələrdə həmin bildirişi paylaşıb, dələduzların toruna düşməmək üçün çağırış edən Kapital Bank müştəriləri isə kifayət qədərdir.

Təbii ki, cümlənin əvvəlində hörmətli xitabı ilə müştəriyə müraciət edib, sonda hörmətsizcəsinə davranış nümayiş etdirən, sözün həqiqi mənasında narahat edən, müştərilə ilə şərtlə danışan mesaja, onun aldadıcı təklifinə inananlar da olub, duyuq düşüb inanmayanlar da.

Məsələ ilə bağlı Kapital Bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov REAL TV-yə açıqlama verib. O bildirib ki, bank mütəmadi olaraq müxtəlif sorğular keçirir:

İstər xarici, istərsə də yerli nömrələr vasitəsilə müştəriyə zəng olunaraq özünü bankın nümayəndəsi kimi təqdim edən kibercinayətkarların bir məqsədi var - bank məlumatlarını əldə edərək hesabda olan vəsaiti mənimsəmək.

Bunun üçün Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib:

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il ərzində kiber üsullarla aldatma, ehtivadan sui-istifadə etməklə 150-dən artıq bank kartlarına müdaxilə olunması ilə bağlı polis orqanlarına şikayət daxil olub. Onların böyük əksəriyyəti müəyyən olunaraq vurulan zərərin ödənilməsi təmin olunub. Ancaq elə hallar var ki, istisna yaradır. Əməliyyat-axtarış işi digər ölkələrin yuridiksiyasına daxil olduğu üçün vaxt aparır.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər