Təmiz enerjiyə keçid böhranı - VİDEO

Təmiz enerjiyə keçid böhranı - VİDEO
Avropa İttifaqının tələskənliyi nefti və qazı bahalaşdırdı

Dünya təmiz enerjiyə tələm-tələsik keçid cəhdi ilə bağlı ilk ciddi enerji böhranı yaşayır və bu, sonuncu olmayacaq.

«Bloomberg» agentliyinin məlumatına görə, Böyük Britaniyadan tutmuş Çinə qədər bütün bazarlarda təbii qaz və elektrik enercisi çatışmazlığı artmaqdadır.

Bu, öz növbəsində qısamüddətli spot bazarında qiymətlərin hətta min kubmetr üzrə 1900 dollara qədər qalxmasına səbəb olub. Qiymətlər həm də kəskin qalxıb düşərək bazarda ciddi ajiotaj doğurub. Məsələn, bir gündə qazın min kubmetrinin qiyməti 1900 dollara qədər qalxıb və yenidən 600 dollara qədər düşüb, yəni eyni gündə 1300 dollar ucuzlaşıb.

Energetika üzrə ekspert İlham Şaban qiymətin belə kəskin dəyişməsini spot bazarının xüsusiyyətləri ilə izah edir.

Spot bazarında qiymətlərin artması uzunmüddətli müqavilələr üzrə əhaliyə satılan qazın da qiymətinin artmasına səbəb olub və həmin qiymətləri Azərbaycanda əhalinin böyük hissəsinin istehlak etdiyi qiymətlərlə müqayisə etmək mümkün deyil. Azərbaycanda əhalinin əsas hissəsi güzəştli qiymətlə min kubmetr qaza 59 dollara yaxın vəsait ödədiyi halda, Türkiyədə bu qiymət 215 dollardır. Üzü Qərbi Avropaya doğru getdikcə qiymət qalxır. Bolqarıstanda, məsələn, hər min kub metr 440 dollar, Yunanıstanda 654 dollar, Böyk Britaniyada 609 dollar, İspaiyada isə 1124 dolar olub.

«Bloomberg» problemi təmiz enerjiyə keçidin mükəmməl olmaması ilə izah edib. Bu, bərpa olunan enerji qaqnaqlarının daşınması və saxlanması ilə bağlı problemlərlə əlaqəlidir. Agentlik düşünür ki, təmiz enerjiyə keçid 10 illiklər çəkəcək və bu müddət ərzində dünya çıxarılan enerci daşıyıcılarına, yəni neftə və qaza üstünlük verəcək. Yəni neft və qazın qiyməti hələ uzun müddət yüksək qəlmaqda davam edəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər