Türkiyə millisi Latviyaya qalib gəlib

Türkiyə millisi Latviyaya qalib gəlib

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində VIII tur davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Türkiyə millisi Latviyanın qonağı olub.

Görüş “ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Latviyanı önə çıxaran qolu Melih Demiral avtoqolla vurub.

Türkiyənin hesabındakı qolları isə Serdar Dursun və Burak Yılmaz atıb.

Bundan başqa, Şimali Makedoniya Almaniyanı öz meydanında qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn (4:0) Almaniya vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib.

REAL

 

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən