Bu gün Serbiya Azərbaycan millisini qəbul edəcək

Bu gün Serbiya Azərbaycan millisini qəbul edəcək

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. Canni de Byazinin yetirmələri yer aldığı A qrupunun VIII turunda səfər matçına çıxacaq.

İlk 6 oyununda cəmi 1 xalla kifayətlənən yığmamız Belqradda qrupun favoritlərindən olan Serbiyanın qonağı olacaq. Üç gün əvvəl Bakıda İrlandiyaya 0:3 hesabı ilə məğlub olan komandamızın cari tsikldə ilk qələbə həsrətinə son qoyması heç də inandırıcı görünmür.

Qrup birinciliyini hədəfləyən serblər nəinki qələbə, hətta top fərqini yaxşılaşdırmaq üçün çox qol vurmaq barədə düşünürlər. Bu baxımdan komandamızı çox çətin səfər sınağı gözləyir.

Azərbaycan millisinin baş məşqçisi mətbuat konfransında deyib ki, Canni De Byazi: “Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bugünkü son məşqdən sonra bilinəcək. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır.

Oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir. Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”.

Daha sonra Ramil Şeydayev biildirib ki: “Qrupda itirəcək bir şeyimiz yoxdur. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalıyıq, var gücümüzlə mübarizə aparmalıyıq. Biz bura elə-belə gəlməmişik. Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.

Millimiz hələ uduzmayan güclü Serbiyaya Belqradda yenilsə, qrup sonunculuğunu rəsmiləşdirəcək.

Qrupun digər matçında Portuqaliya Lüksemburqu qəbul edəcək.

Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən