Millimiz Serbiyadan əliboş qayıdır

Millimiz Serbiyadan əliboş qayıdır

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya yığmasıyla qarşılaşıb. “Rayko Mitiç” stadionunda keçirilən matçı Belçikadan olan hakimlər briqadası idarə edib. Dörd qolun qeydə alındığı bu qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Meydan sahibləri 30-cu dəqiqədə penaltidən hesabı açsa da, fasilə ərəfəsində rəqib qapıçısının kobud səhvini bağışlamayan Emin Mahmudov status-kvonu bərpa edib. Lakin komandamızın bundan artığına gücü çatmayıb. Fasilədən dərhal sonra yenidən önə keçən Draqan Stoykoviçin kollektivi son dəqiqələrdə millimizi daha bir dəfə mərkəzə dəvət edərək, 3:1 hesablı qələbə qazanıb.

Azərbaycan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla liderdir.

Bu gün qrupun digər matçında Portuqaliya yığması evdə Lüksemburq ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də meydan sahibləri qələbəyə sevinən tərəf olub – 5:0.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən