Neftə tələb onillər boyu artacaq - VİDEO

Neftə tələb onillər boyu artacaq - VİDEO
OPEK: "Yaşıl enerji" tələbatı tam ödəyə bilməyəcək

Dünyanın bir çox energetika ekspertləri düşünürlər ki, hətta 2050-ci ildən sonra da neftə tələb artacaq. Çünki bərpa olunan enerji bütünlüklə hasil olunan yanacağı əvəz edə bilməyəcək.

Bu barədə bu yaxınlarda Nigeriyada təşkil edilmiş konfransda çıxış edən enerji bazarları üzrə ekspert Enes Əl-Hacı da bunu təmiz enerjiyə keçidlə bağlı nümayiş etdirilən tələskənliklə bağlayıb.

«İqlim dəyişmələri sahəsində siyasətin neft tələbatına təsiri həddindən şişirdilir - təsir tələbatın artımına olacaq, tələbatın özünə yox»,- deyə Əl-Hacı təmiz enerjiyə keçidin iqtisadiyyatı neftdən asılı olan ölkələrə təsiri ilə bağlı keçirilən konfransda bildirib.

Ekspertin sözlərinə görə, hətta otuz ildən sonra da dünyanın bütün enerji mənbələrinə ehtiyacı olacaq. Əl-Hacı ki, vurğulayıb təmiz enerjiyə keçiddə texnologiyalar əsas rol oynasa da, onların da məhdudiyyəti var:
«Afrika ölkələri öz karbohidrogen izini azalda bilər, diqqəti enerji səmərəliliyinə və daha rahat əldə olunan məhsullara yönəldə bilər, bununla ixrac, yaxud əlavə dəyər qatılmış sahələr üçün neftə və qaza qənaət edə bilər, həmçinin strateji olaraq günəş və külək energetikası layihələrini gerçəkləşdirə bilər».

Dünyada neft tələbatın ən yüksək həddə çaxacağı dövr barədə də fikirlər haçalaşır. Bəzi ekspertlər iddia edir ki, dünya üzrə neftə tələbatın zirvə göstəricisi 2030-cu ildən tez baş verəcək. Amma OPEK keçən ilin oktyabr ayında yaydığı hesabatında bildirmişdi ki, dünya üzrə neftə tələbat 2030-cu ilə qədər inamla artacaq, daha sonra isə plato səviyyəsinə çıxacaq, yəni zirvə olmayacaq.

Bu fikrin tərəfdarları düşünürlər ki, təmiz enerji növləri gələcəkdə enerjiyə olan tələbatı tam təmin edə bilməyəcək. Məsələn, araşdırma aparılıb ki, 2050-ci ilə kimi sərnişinlər üçün nəzərdə tutulmuş nəqliyyat növlərinin yalnız 31 faizi elektriklə işləyəcək. Bu isə ilkin enerji növlərinə - neftə, qaza tələbatı artıracaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər