Şəhər sakinlərinin yol problemi - VİDEO

Şəhər sakinlərinin yol problemi - VİDEO
Xaçmaz bələdiyyəsi məsələyə aydınlıq gətirdi

Xaçmaz şəhərinin Günəşli küçəsinin sakinləri yol problemindən şikayətçidirlər. Sakinlər bildirir ki, küçənin adı Günəşli olsa da yol baxımından uzun illərdir buranın üstünü qara buludlar örtüb. Ucqar kəndi xatırladan şəhər ərazisində qışda palçıq yayda isə tozdan hərəkət etmək mümkünsüzdür. Onu da deyək ki, Günəşli ilə yanaşı ətrafdakı 10-dan artıq küçədə də analoji vəziyyət yaşanır.

Sakinlər bildirir ki, 15 ildən artıqdır massivdə yaşayış var. Bununla belə yollar heç vaxt təmir edilməyib.

Məsələ ilə bağlı Xaçmaz Bələdiyyəsindən bildirildi ki, ərazidə infrasturuktur layihələri həyata keçirildiyi üçün yollarda tez-tez qazıntı işləri aparılır. Nəticədə yollar yararsız vəziyyətə düşür. Buna baxmayaraq tezliklə həm Günəşli həm də digər küçələrdə cari təmir işləri aparılacaq.

Göründüyü kimi əziz sakinlər, Xaçmaz Bələdiyyəsi açıq şəkildə etiraf edir ki, əsaslı təmir işləri yəni küçələrin asfaltlanması onların imkanı xaricindədi. Amma İsa Yusifov bizi əmin etdi ki, bu istiqamətdə aidiyyatı üzrə müraciət olunacaq və məsələnin yaxın gələcəkdə müsbət həlli üçün tədbir görüləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər