Tarix yazan güləşçilərimiz vətəndə - VİDEO

Tarix yazan güləşçilərimiz vətəndə - VİDEO
“Klassiklər”imizi qarşılayanlar arasında Gənclər və İdman Naziri də olub

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında pəhləvanlarımızı gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, azarkeşlər, güləşçilərin yaxınları qarşılayıb.

Xatırladaq ki, Rafiq Hüseynov 82 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Yalnız finalda uduzan 77 kq-dakı təmsilçimiz Sənan Süleymanov dünya ikincisi olub. Eldəniz Əzizli 55, Murad Məmmədov 60 kq-da bürünc mükafata yiyələnib.

Bununla da 107 xal toplayan seçməmiz 6 illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Klassiklərimiz tarixində ilk dəfə mundialda 4 medal qazanıblar ki, bu da rekord nəticədir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər