A.Merkel: Əfqanıstanda iqtisadi geriləmənin qarşısı alınmalıdır

A.Merkel: Əfqanıstanda iqtisadi geriləmənin qarşısı alınmalıdır

Almaniya Əfqanıstan əhalisinə humanitar yardım üçün vəsait ayıracaq.

Bunu Almaniya kansleri Angela Merkel G20 liderləri ilə Əfqanıstan üzrə danışıqların yekununda jurnalistlərə deyib.

"Bu gün Almaniya tərəfdən bir daha təsdiq etdik ki, bu il humanitar problemlərin həllinə kömək etmək üçün 600 milyon avro ayıracağıq, çünki iqtisadi çöküşün qarşısını almaq lazımdır. Biz BMT-nin bütün təşkilatlarının humanitar yardım göstərə bilməsini tələb edirik", - Merkel bildirib.

Kansler vurğulayıb ki, Əfqanıstanda təhlükə altında olan müxtəlif ölkələrdən olan vətəndaşların təxliyəsi üçün hava limanına çıxış əlçatan olmalıdır.

Bundan başqa, Avropa İttifaqı (Aİ) Əfqanıstana və qonşu ölkələrə əlavə 700 milyon avro təcili maliyyə yardımı ayırıb.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, maliyyə yardımı əfqan xalqının və qonşu ölkələrin ehtiyaclarına ayrılacaq: “Əfqanıstanda sosial-iqtisadi vəziyyət pisləşir və qış yaxınlaşdıqca yüz minlərlə əfqanın həyatı risk altına düşür. Aclığın və humanitar böhranın qarşısını almaq üçün təkcə humanitar yardım kifayət etməyəcək.

Aİ-nin Əfqanıstana verdiyi ümumi yardım dondurulmuş olaraq qalır, Aİ Xarici İşlər Nazirlərinin razılaşdırdığı beş meyar etibarlı olaraq qalır. Müntəzəm olaraq əməkdaşlığın bərpa olunmasından əvvəl bu tələblər yerinə yetirilməlidir”.

Qeyd olunub ki, maliyyə yardımı Əfqanıstan əhalisinə birbaşa dəstək vermək məqsədilə ayrılıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Əfqanıstana və onun qonşularına 300 milyon avro ayırdığını bəyan edib. Yeni dəstək paketi ilə Aİ-nin əfqan xalqına maliyyə dəstəyi 1 milyard avroya çatır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən