Dini liderlərin görüşü keçirilib - FOTO, VİDEO, YENİLƏNİB

Dini liderlərin görüşü keçirilib - FOTO, VİDEO, YENİLƏNİB
Allahşükür Paşazadə: Münaqişə başa çatıb, indi sülh haqqında danışmaq vaxtıdır

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib.

Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub. pandemiyaya görə görüş mətbuatın iştirakı olmadan keçirilib. daha sonra dini liderlər yekun birgə bəyanat qəbul ediblər.

Bəyanatı patriarx kiril səsləndirib:

“Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsindəki çətinliklərə baxmayaraq, hesab edirik ki, məhz Allaha inam, sevgi çoxillik faciəvi qarşıdurmanın yaralarını sağalda bilər. Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, qonşuya hörmətlə yanaşmaq və qarşılıqlı yardıma hazır olmaq çox vacibdir. İtkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə, hərbi əsirlərin geri qaytarılmasına yardım etməyə çağırırıq. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır”.

Görüşün nəticələri bardə danışan şeyxülsilam qeud edib ki, bu gün mina sahələrinin xəritələri azərbaycana təqdim edilmədiyi üçün Azərbaycan torpaqlarında günahsız insanlar həlak olur”. Sülhün bərqərar olması üçün bütün səviyyələrdə, o cümlədən ictimai və dini səviyyələrdə səy göstərilməsi davam etdirilməlidir. Azərbaycan dövləti dəfələrlə Ermənistan ilə mehriban qonşuluq münasibətlərinə hazır olduğunu bəyan edib, ölkənin dini icması da bu mövqeyi dəstəkləyir. Biz - dini liderlər etiqada və öz nüfuzumuza arxalanaraq, xalqlarımızın gələcəyi naminə ölkələrimizin siyasi liderlərinin sülh razılaşmalarını icra etmək səylərini dəstəkləməliyik.

Qeyd edək ki, ötən gün Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşüb. Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilmişdi.

REAL

***14:05

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başa çatıb.

REAL-ın Moskva müxbirinin xəbərinə görə, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub.

 

 

***

12:10

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.

REAL-ın Rusiya bürosu xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.

Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər