Ceyhun Bayramov Minskə yola düşüb

Ceyhun Bayramov Minskə yola düşüb

Oktyabrın 13-də Azərbaycan Respublikası xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsidən REAL-a bildirilib ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdir.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər