Türkiyədə İran casusları saxlanılıb - VİDEO, YENİLƏNİB

Türkiyədə İran casusları saxlanılıb - VİDEO, YENİLƏNİB
Vanda keçmiş iranlı hərbçini qaçırmaq istəyən 8 nəfər ələ keçirilib

Türkiyədə İrana casusluq edən 8 nəfər saxlanılıb.

Türkiyə mətbuatının məlumatına görə, xüsusi xidmət orqanları və polisin keçirdiyi əməliyyat nəticəsondə vanda yaşayan keçmiş iranlı hərbçinin qaçarımaq istəyərn şəbəkə yaxalanıb.

Məlum olub ki, iİan kəşfiyyatı həmin şəxsin qaçırılması üçün Vanda şəbkə yaradıb. Dəstə üzvləri keçmiş hərbçinin həyat yoldaşına onun qaçırılması üçün 10 min dollar pul təklif edib.

Qəbul etməyəcəyi halda isə İranda yaşayan qohumları ilə təhdid ediblər.

Axşam saatlarında həmin şəxsi qaçırmaq üçün evə daxil olmağa çalışan bir iran, bir Türkiyə vətəndaşı cinayət başında yaxalanıb. Davam edən əməliyyat nəticəsində isə dəstənin daha 6 üzvü ələ keçirilib.

REAL

***20:16

Türkiyədə İran agentləri saxlanıldı - Vanda yaşayan keçmiş iranlı hərbiçini qaçırmaq istəyən 8 nəfər yaxalanıb.

Real TV-nin Türkiyə bürosu xəbər verir ki, Türkiyə xüsusi xidmət orqanlarının polislə birlikdə keçirdiyi əməliyyatlar zamanı keçmiş iranlı hərbiçini Vandan İrana qaçırmaq istəyən 8 nəfər yaxalanıb.

Verilən məlumata görə, saxlanılanlardan 2-i İran xüsusi xidmət orqanlarına çalışan şəxslərdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər