Koronavirusa yoluxma iki dəfə artıb - VİDEO

Koronavirusa yoluxma iki dəfə artıb - VİDEO
Oktyabrın 11-də 611, oktyabrın 13-də isə 1265 nəfər yoluxub

Azərbaycan Respublikasında son sutkada koronavirus infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib, aktiv xəstə sayı 13241 nəfərdir.

Oktyabr ayının əvvəlində koronavirus pandemiyası ilə bağlı ölkədə müsbət dinamika əldə olunsa da son günlər yoluxanların sayındakı artım ciddi narahatlıq yaradır. Nəzərə alsaq ki, xüsusi ilə qonşu ölkələrdə virusla bağlı xəbərlər bədbindir, o zaman virusla bağlı mübarizəmizdə daha da diqqətli olmayıq. Üstəlik mövsümi xəstəliklərin yayıldığı bu dönəmdə virusdan qorunmaq xüsusi diqqət tələb edir.

Qeyd edək ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13475, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9miliyon 73 min 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 916 min894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4milyon 156min 599 nəfər təşkil edir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər