Su kanalları təmizlənir - VİDEO

Su kanalları təmizlənir - VİDEO
Torpaq məcralı kanallar beton üzlüyə alınır

Şəmkir Suvarma Sistemləri İdarəsi suvarılmaya yararlı 40500 hektar sahənin suvarılmasında problemlərin olmaması istiqamətində işlərini davam etdirir.

Rayonda Suvarma mövsümünün başa çatmasına baxmayaraq növbəti suvarma mövsümündə su itkisinin qarşısını almaq üçün idarənin balansında olan 930 kilometr arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır, artıq kanalların 300 kilometr hissəsində işlər tamamlanıb, qalan hissədə isə 30 texnika və canlı qüvvə ilə işlər davam etdirilir. Bunlarla yanaşı torpaq məcralı kanalların beton üzlüyə alınması işləri də aparılır.

Ötən aydan 861 ədəd subartezian quyuları Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin balansına verilib.

Hazırda idarənin balansında olan bu subartezian quyulardan 6-sı əsaslı təmir olunub. Digər quyularda da mütamadi olaraq təmir-bərpa işləri görülür. Onu da bildirək ki, rayonun Yeniyol, Dəllər Cəyir, Düyərli və Morul kəndlərində əsaslı təmir olunan quyular kənd əhalisinin əkin sahələrinin suvarılması ilə yanaşı içməli suya olan təlabatını da ödəyir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər