Norveçdə naməlum şəxs oxla insanlara hücum edərək, bir neçə nəfəri öldürüb -YENİLƏNİB

Norveçdə naməlum şəxs oxla insanlara hücum edərək, bir neçə nəfəri öldürüb -YENİLƏNİB

Norveçdə silahlı şəxsin hücumu nəticəsində 5 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti yerli polis nümayəndəsinə istinadən yazıb.

“Beş nəfərin öldüyünü, iki nəfərin yaralandığını, yaralılardan birinin polis əməkdaşı olduğunu təsdiqləyə bilərəm”, - deyə polis nümayəndəsi Eyvind Aas mətbuat konfransında qeyd edib.

 

*** 01:41

Norveçin Konqsberq şəhərində naməlum şəxs bir neçə nəfəri öldürüb.

APA xəbər verir ki, bu barədə “VG” qəzeti polisə istinadən yazıb. Bildirilir ki, cinayətkar şəxs qurbanlarını ox və yayla vurub.

“Bu hadisələr nəticəsində bir neçə yaralı və bir neçə ölən var”, - deyə cənub-şərq polis dairəsinin rəhbəri Eyvind Aas bildirib.

Şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb. Onun haqqında hələlik başqa məlumat yoxdur. Cinayətkarın təkbaşına hərəkət etdiyi deyilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər