Somalidə terror aktı baş verib

Somalidə terror aktı baş verib

Somalidə törədilmiş terror aktı zamanı bir neçə nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Garowe Online” portalı bildirib.

Məlumata görə, hadisə paytaxt Moqadişodan şimaldakı Daynil ərazisində baş verib. Təhlükəsizlik qüvvələri əməkdaşlarının olduğu nəqliyyat vasitəsi silahlılar tərəfindən atəşə tutulub. Hücum nəticəsində 12 nəfər həlak olub. Ölənlərin əksəriyyət xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.

Terror aktına görə məsuliyyəti "Aş-Şabab" terror təşkilatı üzərinə götürüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər