Almaniya kansleri Angela Merkel Si Cinpinlə görüşüb

Almaniya kansleri Angela Merkel Si Cinpinlə görüşüb

Almaniya kansleri Angela Merkel ilə Çin sədri Si Cinpin arasında videokonfrans baş tutub.

Görüşdə tərəflər ikitərəfli əlaqələr və əməkdaşlığa dair müzakirələr aparıblar.

Əsasən, enerji, ticarət, qlobal iqtisadiyyatın pandemiyadan sonra bərpası məsələləri müzakirə mövzusu olub.

Si Cinpin Almaniya ilə Çin arasında ticarətdən hər iki ölkənin qazandığını bildirib.

Çin sədri iki ölkə arasında əlaqələrin qurulmasında Merkelin əvəzsiz rol oynadığını vurğulayıb.

Gələn il Almaniya ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 50-ci ildönümü qeyd olunacaq.

Bu əlaqələrin möhkəmləndiriləsində Merkelin rolu yüksək qiymətləndirilir.

Qeyd edək ki, Merkel bu ilin sonunda vəzifəsini təhvil verəcək.

O, 16 il ərzində Almaniyanın ən böyük iqtisadiyyatına rəhbərlik edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən