Futbol yığmamız FİFA reytinqində 117-ci yerdədir

Futbol yığmamız FİFA reytinqində 117-ci yerdədir

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə səfər matçının Azərbaycan millisinin FİFA reytinqinə təsiri bəlli olub.

VIII turun Belqraddakı matçında məğlubiyyət (1:3) xal itkisi ilə nəticələnib.

Canni de Byazinin yetirmələri bu qarşılaşmada 4,9 xal itirib. Son reytinqdə 1158,46 xalla dünyanın 117-cisi olan komandamızın əmsalı 1146,86-ya qədər azalıb. Ötən ay üç oyunda 7,8 xal itirən milli bu dəfə dörd gün ərzində İrlandiya və Serbiya ilə qarşılaşmalarda ümumilikdə 11,6 xal ziyana düşüb.

Qeyd edək ki, yığmamız seçmə mərhələnin son matçında noyabrın 11-də Lüksemburqla qarşılaşacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər