Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan REAL-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qaradağlı kənd sakini Zabil Abdullayev ov etmək istəyərkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxsdən 1 ədəd “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən