Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb - FOTO

Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb - FOTO

Bu ilin İnvestisiya Proqramına uyğun olaraq Nərimanov rayonu ərazisində 1800 metr uzunluğa malik Ağa Nemətulla küçəsinin agentlik tərəfindən əsaslı təmiri işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) REAL-a verilən məlumata görə, hazırda küçənin Mirzə Uluqbəy küçəsi və Heydər Əliyev prospektləri arasında yerləşən hissəsi təmir edilir. Növbəti mərhələdə Heydər Əliyev prospektindən Montin qəsəbəsinə doğru olan hissəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Uzunluğu 1,8 km təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başladılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.

Məlumata görə, hazırda küçə boyu köhnə səki daşlarının söküntüsü işləri aparılır.

Daha sonra küçənin köhnə örtüyü sökülərək yeni asfalt-beton örtüklə əvəz ediləcək, mövcud piyada səkiləri bərpa olunacaq, xüsusi parkinq yerləri yaradılacaq.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sisteminin bərpa olunması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması da nəzərdə tutulub.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu ərazisində ilin sonuna qədər 10.4 km uzunluğa malik 16 küçənin təmiri nəzərdə tutulur ki, onların böyük bir hissəsində təmir işləri artıq yekunlaşdırılıb.

Qeyd edək ki, 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən