Mingəçevirdə silah-sursat aşkarlanıb - FOTO

Mingəçevirdə silah-sursat aşkarlanıb - FOTO

Mingəçevirdə silah-sursat tapılıb.

Bu barədə REAL-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundanməlumat verilib.

Bildirilib ki, DİN-in ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub və Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.

Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən