Fərman Salmanov Moskvada anıldı - VİDEO, FOTO

Fərman Salmanov Moskvada anıldı - VİDEO, FOTO
Geoloji Kəşfiyyat Universitetində alimin adına auditoriyanın açılışı oldu

Rusiyanın Dövlət Geoloji Kəşfiyyat Universitetində məşhur azərbaycanlı geoloq, görkəmli alim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi şərəfinə auditoriya və büstü açıldı.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında əlaqələrin möhkəmlənməsində böyük xidmətlərinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirərək, əfsanəvi netçinin həyat və yaradıcılığından danışdı.

Təbirdə iştirak edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gözəl təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə səmimi təşəkkürünü bildirdi. Ölkəmizin görkəmli nailiyyətlərini tanıtmaq üçün uzun illər göstərdiyi səylərə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürünü bildirən Nazir Fərman Salmanovun Qərbi Sibirin Tümen bölgəsindəki nəhəng neft və qaz yataqlarının kəşfçisi olduğunu vurğulayaraq, onun dünya tarixinin ən məhsuldar geoloqu olduğunu nəzərə çatdırdı.

Tədbirdə çıxış edən, digər qonaqlar isə Fərman Salmanov adına auditoriya və büstün açılmasının Universitet üçün əlamətdar hadisə olduğunu bildirdilər.

Dahi azərbaycanlı geoloq Fərman Salmanovun xatirə şəkilləri, kəşf etdiyi neft yataqlarının xəritəsi ilə bəzədilən auditoriyanın möhtəşəmliyindəna danışan Tatyana Salmanova isə tədbir təşkilatçılarına dərin minnətdarlığını bildirdi.

Qeyd edək ki, Universtetdə ucaldılan Fərman Salmanovun büstü Azərbaycanda hazırlanılıb. Büstün müəllifi Azərbaycanın xalq rəssamı Natiq Əliyevdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər