Narkotik satışının polisdə bitən sonu - VİDEO

Narkotik satışının polisdə bitən sonu - VİDEO
Gəncədə əməliyyatlar keçirilib, 5 nəfər saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilərək götürlüb.

Bundan başqa ŞBPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri- Rəfail Abdullayev, Araz Məmədov və Cəfər Mirzəyev saxlanılmış, həmin şəxslərin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Şahlar Əsədov saxlanılıb. Polis İdarəsində saxlanılan şəxsin üzərindən narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər