“Enerji içkilərinin etiket məlumatları ilə tərkibləri arasında ciddi fərqlər var”

“Enerji içkilərinin etiket məlumatları ilə tərkibləri arasında ciddi fərqlər var”

"AQTA-da ötən illər ərzində enerji içkiləri ilə bağlı qaydalar işlənmişdi. Həmin qaydalar qüvvəyə minmişdi. Qaydalara əsasən Azərbaycan Respublikası ərazisində enerji içilərinin tərkibinin tənzimlənməsi haqqında qaydalar öz əksini tapıb. Cari il ərzində respublika ərazisində satılan enerji içkiləri üzərində monitorinq aparılaraq ekspertizaya cəlb olunub".

REAL xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli il ərzində görülən işlərdən danışan zaman bildirib.

"Ekspertizanın nəticələri onu göstərib ki, etiket məlumatları ilə enerji içkiərinin tərkibləri arasında ciddi fərqlər var. Belə ki, məhsulun içərisində alkoqolsuz içki olaraq enerji içkisi olmadığı halda, qablaşdırma üzərində həmin məhsulun enerji içkisi olmasına dəlalət edən bəzi məlumatların yerləşdirilməsi öz əksini tapıb. Ekspertiza nəticəsində cəmi 1 məhsulun, 1 nümunənin bütün standartlara cavab veridiyi və həm özünün enerji içkisi olduğu, eyni zamanda bütün qablaşdırma prinsiplərinə əməl olunduğu məlum olub, digər nümunələrdə isə ciddi pozuntular aşkar olunub. Belə ki, 25 nümunədə ümumiyyətlə istehlakçıların aldadılması, məlumatların enerji içkilərinin qablaşdırıldığı məhsulların üzərində yanlış göstərilməsi haqqında faktlar aşkar olunub. Bu məlumatlar da İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak bazarına nəzarət xidmətinə verilib".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən