Ağır qəzanın detalları (VİDEO)

Ağır qəzanın detalları (VİDEO)
Aeroport yolunda baş vermiş qəzanın videogörüntüləri yayılıb

19 Yaşlı sürücüyə niyə ağır tonluq nəqliyyat vasitəsi həvalə olunur?
 

Dayanacaq üçün xüsusi cib olduğu halda avtobus niyə sərnişinləri körpünün altında endirir?

Bir neçə dəfə ağır qəzalara səbəb olan şirkətə yenidən sərnişinlərin canını tapşırmaq nə dərəcədə doğrudur?

Gedən müzakirələr əsasən bu qəbildən olan suallarla müşaiyət olunur.

Aeroport yolunda baş verən ağır qəzanın video-görüntüləri yayılar-yayılmaz fikirlər haçalanmağa başladı.Hər kəs videonu təhlil etməyə çalışır.Bu müzakirələr Qəzada itirilən canları həmçinin 1 ayağı amputasiya olunan şəxsin əvvəlki sağlamlığını geri qaytarmasa da,bu cür ucuz ölmlərin təkrarlanmaması üçün hərəkətə keçmək lazımdır.

Paylaşılan videonu şərh edən nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki,görüntülərin əvvəli olmadığı üçün burada tam səhih qənaətə gəlmək,iddialar səsləndirmək çətindir.

Bir qism düşünür ki,qəza baş verdiyi an insanlar körpünün altını dayanacaq kimi istifadə etməsəydi,ölü sayı az olacaqdı.Avtobusun məhz ora yan alması bəzi suallar doğurur.Sualları isə BNA-nən mətbuat katibi Mais Ağayev cavablayır

Həmçinin ,Bakı Nəqliyyat Agentliyi isə dayanacaqların yerləşdiyi ərazilərlə bağlı problemlərin hələdə var olduğunu da etiraf edirr.

Qeyd edək ki, qəzaya səbəb olan yük maşınının sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən